XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 22:32

Şimali Koreya lideri Sinqapurun Baş naziri ilə görüşüb- FOTO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In iyunun 10-da Sinqapurun Baş naziri Li Syan Lunla görüşüb.

Azərtac Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlar zamanı Kim Çen İn ABŞ prezidenti Donald Trampla keçiriləcək görüşünün təşkilinə görə Sinqapurun Nazirlər Kabinetinin sədrinə təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli əlaqələr, eləcə də Koreya yarımadasındakı son vəziyyət müzakirə edilib. Sinqapurun Baş naziri ABŞ Prezidenti ilə Şimali Koreya lideri arasında planlaşdırılan görüşün yarımadada, ümumiyyətlə isə regionda sülhə və stabilliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün bu gün Sinqapura səfərə gəlib.