XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2018 - 23:36

ABŞ və KXDR nümayəndələri görüşəcəklər- Dövlət rəhbərlərinin sammitindən əvvəl

ABŞ və KXDR nümayəndələri Birləşmiş Ştatların prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın sammitindən əvvəl görüşəcəklər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat yayıb.

Sabah (bazar ertəsi-red), Sinqapur vaxtı ilə səhər saat 10-da ABŞ-ın Filippindəki səfiri Sun Kim Şimali Koreya nümayəndələri ilə görüş üçün yaradılmış işçi qrupa rəhbərlik edəcək. Cənubi Koreya əsilli Kim son günlər sammitə hazırlıq üzrə Amerikadan olan qrupa rəhbərlik edib. O, Şimali Koreyadan olan həmkarları ilə bütün silsilə görüşlərini keçirib.

Mətbuat katibi həmçinin bildirib ki, Tramp Sinqapura gəldikdən sonra vaxtını əməkdaşları ilə keçirib, materialları oxuyub, görüşə hazırlaşıb.