XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2018 - 09:32

Şimali Koreya ilə ABŞ arasında danışıqların mövzusu açıqlanıb –Tramp və Kim Çen In nəyi müzakirə edəcək?

  

Şimali Koreya ilə ABŞ arasında danışıqların mövzusu açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sammitdə ABŞ və Şimali Koreya arasında geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvəsizləşdirilməsi prosesinin reallaşması diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.