XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 14:20

Robert Köçəryanla Serj Sərkisyanın vətəndaşlığının ləğvi tələb edildi –Gümrüdə yeni kampaniya başlanıb

 

 Gümrü şəhər ağsaqqallar şurasındakı “QALA” fraksiyası ölkənin ikinci və üçüncü prezidentlərinin fəxri vətəndaşlığını ləğv etməklə bağlı çağırış edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Fraksiya üzvləri Gümrü meri Samvel Balasanyana ünvanladıqları müraciətdə məsələnin 18 iyun iclasına salınmasını xahiş ediblər. Müraciətdə qeyd olunub ki, Gümrü şəhərinin fəxri vətəndaşlığı bu şəhərin inkişafındakı müstəsna xidmətləri olan şəxslərə verilir. Bu sırada Viktor Ambartsumyan, Aram Xaçaturyan, Martiros Saryan, Şarl Aznavur, Artavazd Peleşyan, Artur Aleksanyan və digərlərinin adları var. Müraciət müəllifləri qeyd ediblər ki, keçmiş prezidentlərin bu siyahıda yer alması artıqdır.

Xatırladaq ki, fraksiya üzvləri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatın müdafiəçilərindən olub. Bu mənada onların “Qarabağ klanı”nın liderləri olan iki eks-prezidentə qarşı qaldırdıqları təşəbbüs təsadüf sayılmamalıdır. Azərbaycanın keçmiş vətəndaşları olan Köçəryan və Sərkisyanın fəxri vətəndaşlığının ləğvi onları gözləyən növbəti təhlükələrin anonsu da ola bilər.