XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 17:25

Kim Çenin otel xərclərini Sinqapur hökuməti ödəyib- “Biz öz qonaqpərvərliyimizi nümayiş etdirdik "

Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan iyunun 11-də Britaniyanın BBC telekanalına müsahibəsində ölkəsinin Kim Çen In və KXDR nümayəndə heyətinin “St. Regis” otelində qalma xərclərini ödədiyinə işarə edib.

Azərtac bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

“Biz öz qonaqpərvərliyimizi nümayiş etdirdik və Kim Çen In bildirdi ki, sammitdən asılı olmayaraq məmnuniyyətlə Sinqapura gələrdi”, – deyə Balakrişnan hökumətin otel xərclərini ödəməsi barədə jurnalistin sualına yayınaraq cavab verib. “Biz istənilən vəziyyətdə qonaqpərvərliyimizi göstərərdik və bu xərclər istənilən halda büdcə çərçivəsinə salınıb”, – deyə o əlavə edib.

Bir qədər əvvəl Sinqapurun Baş naziri Li Syan Lun ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın iştirakı ilə keçiriləcək sammitin təşkilinə təxminən 20 milyon Sinqapur dolları (14,9 milyon ABŞ dollarına yaxın) ayrıldığını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında tarixi görüş iyunun 12-də Sinqapurun Sentosa adasındakı “Capella” mehmanxanasında keçiriləcək. Hər iki ölkə lideri artıq Sinqapura gəlib.