XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 17:22

Türkiyə İrana birgə hərbi əməliyyat təklif etdi –PKK-ya qarşı

Türkiyə İrana PKK terror təşkilatı ilə mübarizə məqsədilə birgə hərbi əməliyyatlara başlamağı təklif edib.

Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, İran PKK ilə mübarizəyə müsbət yanaşsa da, tərəflər hələ də bu terror təşkilatına qarşı birgə fəaliyyət haqqında razılığa gəlməyiblər.

Bundan əvvəl Türkiyə mətbuatı İran və Türkiyənin İraqın şimalında PKK-ya qarşı birgə əməliyyata başlayacağını yazmışdı/Trend.