XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2018 - 19:18

Paşinyan iqtidara öz komandasını toplayır –Komitə sədri təyinatı

Nikol Paşinyan Ermənistan Dövlət Əmlakının İdarəsi Komitəsinə yeni rəhbər təyin edib.

Bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb. Məlumatda bildirilib ki, komitənin yeni rəhbəri Babayandır.

Babayan artıq öz Feysbuk səhifəsində məlumatı təsdiq edib. O, vəzifədə olduğu müddətdə korrupsiya ilə mübarizə aparacağını bəyan edib.

Qeyd edək ki, Babayan Paşinyanın yaxın adamlarından biridir. O, Ermənistan parlamentinin deputatı Lena Nazaryanın həyat yoldaşıdır. Nazaryan isə Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının həmtəsisçilərindən biridir.

Bu vaxta qədər adı çəkilən komitəyə Ermənistan Respublika Partiyasının sədr müavini Qalust Saakyanın oğlu Armen Saakyan rəhbərlik edib/Axar.az.