XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 23:15

Makedoniya dövlətinin adı dəyişdiriləcək –Baş nazir açıqladı

Makedoniya dövlətinin adı Şimali Makedoniya Respublikasına dəyişdiriləcək.

Bunu ölkənin baş naziri Zoran Zayev deyib.

“Biz Makedoniyanın mədəni və etnik eyniliyini təsdiqləyəcək tarixi razılaşma əldə etdik”, — deyə Zayev bildirib.

Payızda ölkədə adın təsdiqlənməsi məsələsi üzrə referendum keçiriləcək.

Bununla belə “makedoniyalılar” və “Makedon dili” adları olduğu kimi qalacaq.

Bundan əvvəl Yunanıstanın baş naziri Aleksis Sipras bildirib ki, Afina və Skopye Makedoniya Respublikasının yeni adı barədə razılıq əldə edib.

Yunanıstan qonşu dövlətin Makedoniya adını daşımasına etiraz edir. Çünki onun ərazisində də eyniadlı region var/Report.