XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 İyun 2018 - 12:47

Tramp məşhur aktyoru təhqir etdi:“Filmlərdə de Nironu o qədər döyüblər ki, tamam səfehləşib”

ABŞ prezidenti Donald Tramp məşhur Hollivud ulduzu Robert De Nironu təhqir edib.

Strateq.az xatırladır ki, bir neçə gün bundan əvvəl de Niro mükafatlandırma mərasimində ABŞ prezidentinin ünvanına kəskin ifadələr işlədib.

Tramp öz tvitter səhifəsində aktyora cavab verərək 72 yaşlı De Nironu “axmaq” adlandırıb: “Robert de Nironun intellekt əmsalı çox aşağıdır. Filmlərdə onu o qədər döyüblər ki, tamam səfehləşib. Televizorda buna baxanda aydın görünürdü. Belə görürəm ki, de Niro ABŞ-da iqtisadiyyatın heç vaxt indiki qədər yaxşı vəziyyətdə olduğunu anlamır.  Bizdə heç vaxt olmadığı qədər iş yerləri açılıb, bir sıra böyük şirkətlərimiz isə bizneslərini ölkəyə qaytarır. Ayıl”.