XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 İyun 2018 - 13:07

Paşinyan problemli kreditlərlə bağlı qərar verdi –Cərimələr və faizlər silindi, kiçik kreditlər bağlanacaq

Ermənistanın baş naziri Nikol Paşinyan əhalinin bank borclarının həlli ilə bağlı addım atıb.

Strateq.az bildirir ki, bu barədə baş nazir özünün Facebook səhifəsində istifadəçilərin suallarına cavab verərkən deyib. “Artıq kecikdirilmiş kreditlərin üzərindən cərimlərin və faizlərin silinməsi ilə bağlı qərar var”.   

Paşinyanın  sözlərinə görə, problemli kreditlərlə bağlı hökumət artıq qərar qəbul edib: “Əgər vətəndaş, məsələn, 1 milyon dram kredit götürüb və onu hansısa səbəblərdən ödəyə bilmir, nəticədə faizlərin hesablanması ilə bu məbləğ 3 milyona çatıb. Bizim artıq banklarla razılaşmamız var ki, cərimələr və faizlər silinəcək.  Nəticədə bankın kredit götürmüş müştəri ilə münasibətləri sıfır səviyyəsinə qayıdacaq. Bundan sonra kredit tarixçəsinin təmizlənməsi prosesinə başlayacağıq. Birinci mərhələdə az borcu olanların kredtilərinin təmizlənməsinə başlanacaq. Sonra bu dairə genişləndiriləcək”.