XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

14 İyun 2018 - 09:32

“Türkiyə Rusiya ilə birgə S-400 istehsal edəcək” –Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.

Bu barədə Türkiyə lideri “24 TV” telekanalına müsahibəsində deyib.

“Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim”, – deyə Ərdoğan bildirib.

Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.

“Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. İkinci və üçüncü mərhələlərdə birgə istehsala başlayacağıq. Həmçinin S-500-lərin də birgə istehsalı mümkündür”, – deyə Ərdoğan bildirib/Report.