XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2018 - 15:46

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” azadlığa buraxılıb

 

“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs olunan separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayan azadlığa buraxılıb.

“News.am”ın  verdiyi məlumata görə, bu gün Ermənistan Ali Məhkəməsi parlamentin 11 deputatı tərəfindən təqdim edilmiş zəmanətə əsasən, onu azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Samvel Babayan məhkəmənin qərarı ilə ötən ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. Samvel Babayanın adının hallandığı cinayət işi 2016-cı il sentyabrın 20-də başlanıb.

Həmin ilin iyulunda Ermənistan vətəndaşı, qondarma “DQR”-nın keçmiş “müdafiə naziri” Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyə buraxmağa cəhd edib. Həmin avrolar Rusiyadan Ermənistan gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Samvel Babayan həmçinin “İqla” zenit raket kompleksini əldə etməyə çalışıb.