XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2018 - 22:21

Ərdoğandan BMT-yə etiraz:"Dünyanın taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT-də islahatların aparılmasına çağırıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İstanbulda mitinq zamanı çıxış edən Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının formalaşması sistemini ədalətsiz adlandırıb.

Türkiyə prezidentinin fikrincə, dünyanın bütün dövlətləri BMT TŞ-nın işində iştirak etmək imkanına malik olmalıdır: “Dünya birliyinin taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz”.

Bundan əlavə, Rəcə Tayyib Ərdoğan Türkiyə ordusunun PKK terrorçularının obyektlərinin məhv edilməsi üzrə əməliyyatlar apardığı Şimali İraqdakə vəziyyətdə danışıb: “Türkiyə HHQ İraqın Qəndil rayonunda terrorçuların obyektlərinə zərbələr endirir. Türkiyə höküməti orduya hərtərəfli dəstək göstərir”.