XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 İyun 2018 - 10:06

Nikaraquada iğtişaşlar böyüyür –Ölənlərin sayı 200 nəfərə çatdı

Nikaraquada apreldən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Bu barədə “Nikaraqua insan haqları Assosiasiyasının” nümayəndəsi Alvaro Leyva bildirib.

Onun sözlərinə görə, iyunun 14-də müxalifətin keçirdiyi ümummilli tətil zamanı Naqorote, Masatepe və Tipitapa şəhərlərində ölümlə nəticələnən toqquşmalar qeydə alınıb.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir/Teleqraf.com.