Əfqanıstanda hüquq-mühafizə orqanları əməkdaşlarının “Taliban” qruplaşmasının üzvləri ilə görüşü zamanı partlayış törədilib.
Bu barədə “Reuters” xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Nanqarhar şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 20 nəfər həlak olub.
Məlumatda qeyd olunub ki, İŞİD terror qruplaşması baş verən partlayışa görə məsuliyyəti üzərinə götürüb/Report.