XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2018 - 21:41

Yəmən ordusu Hodeyda hava limanına nəzarəti ələ keçirib –Ərəb koalisiyasının dəstəyi ilə

Yəmən ordusu ərəb koalisiyasının dəstəyi ilə Hodeyda şəhərinin hava limanına nəzarəti əlinə alıb.

Bu barədə “Aljazeera” məlumat yayıb.

Məlumata görə, mütəxəssislər husi üsyançıları tərəfindən qoyulan minaları təmizləməyə başlayıblar. Hava limanı uğrunda ağır döyüşlər zamanı 39 nəfər həlak olub. Onlardan 30-u husilər, 9-u hərbçilərdir.

Koalisiya qüvvələri Hodeydə şəhərinə hücuma iyunun 13-də başlayıblar/Report.