XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 İyun 2018 - 21:35

Türkiyəni və CHP-ni şoka salan hadisə –Tansu Çillər Ərdoğanın dəstək mitinqinə gəldi (FOTOLAR)

  

Türkiyənin hakim partiyası AKP Yenikapı Mitinq Sahəsində “Böyük İstanbul Mitinqi” təşkil edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, mitinqə keçmiş baş nazirlərdən olan Tansu Çiller də qatılıb.

Jurnalistlərə açıqlamasında Çillər bütün vətəndaşları Ramazan bayramı və atalar günü münasibətilə təbrik edib. “Bu gün milli bir şüurla buradayam” deyən Çillər daha sonra aşağıdakıları bildirib: “Ölkəmiz təzyiq altındadır. Bu təzyiqi xarici siyasətdə, terrorla mübarizədə görürük. Bunun təsirlərini iqtisadiyyatda da görməkdəyik. Bütün bunların içində ciddi bir terror mübarizəsi davam edir. Bir FETÖ olayını yaşadıq. Xarici düşmənlərin necə istifadə edildiyini, bir xain zərbənin Türkiyəni haralara apara biləcəyini gördük. Bütün bunlar ciddi risklər daşıyan məsələlərdir. Şükür olsun, son dönəmdə terrorla mübarizədə ciddi uğurları, özəlliklə əsgərlərimiz Mehmetciyimiz əldə etməkdə və dastan yazmaqdadır. Bu dastan bütün dünyada təəccüb meydana gətirib. Ancaq bunu da deməliyəm ki, mən zamanında ‘bu terror ya bitəcək, ya bitəcək” demiş biri olaraq, bu iradəni ortaya qoyub və müsbət cavab almış bir baş nazir olaraq bir daha deyirəm ki, terrorla mübarizə sadəcə bir hərbi müdaxilə deyil. Onun qədər önəmli olan xarici siyasətdir. Xarici siyasətdə bu dəfə görürük ki, çox dar bir sahədə dəyişən müttəfiqlər və çox ani qərarlar, ciddi bir qərarlılıq, çox sürətlə inkişaf etdirilən çıxış yolları var”.

Terrorla mübarizənin eyni zamanda bir demokratiya mübarizəsi olduğunu vurğulayan Çillər daha sonra aşağıdakıları da deyib: “Təhlükəsizlik olmadan azadlıq olması mümkün deyil. Bu təhlükəsizlik atmosferində və normallaşma ilə bütün azadlıqla yaşayan vətəndaşlar, bu mübarizəni aparan siyasətçiləri də qucaqlayarlar. Burada da təcili çıxış yollarına ehtiyac var. Gənclərimi hələ də iş gözləyir. Təsərrüfat da daxil olmaqla bütün sahələrdə çıxış yollarına ehtiyac var.

T.Çillər 24 iyun seçkilərini də dəyərləndirərək, bunları vurğulayıb: “Qarşımızdakı ittifaqları görürük. Bu ittifaqların bir hissəsinin çox parçalı olduğunu görürəm. Burada 4 və ya 5 parçadan ibarət bir ittifaq ortaya çıxmaqdadır. Bunlar hörmətli partiyalar ola bilər, onların hörmətli liderləri də ola bilər. Amma bu əşyanın təbiətində uyğunluğu təmin etmək məcburiyyəti var.

Bu partiyaların missiyası, hədəfləri, siyasi mədəniyyətləri başqadır. Nəticə etibarilə bu uyğunluğu təmin edəcəklər, bəlkə də çoxluğu təmin edəcəklər. Bununla birlikdə çox təcili çıxış yolu gözləyən terror, xarici siyasət, iqtisadiyyat məsələlərinə həll yolları gətirəcəklər. Bunları çox çətin görürəm”.

“Bu gün bir milli şüurla buradayam. Bunu millətimə ifadə etməyi bir borc bildim” deyən eks baş nazir eyni zamanda vurğulayıb ki, qarşıda seçkilər olduğu üçün mitinqə qatılıb: “Rahatlıqla seçki qutularına getməyi ürəkdən arzulayıram. Hər kəs bir söz deyər, amma son sözü millət deyəcək. Millətim də nə deyərsə, yaxşı deyər. Seçki nəticələrinin xeyirli olmasını arzulayıram”.

Çillər “yenidən aktiv siyasətə qayıdacaqsınız” sualına cavabda isə “Mən bu gün sadəcə milli şüurla buradayan” deyib.  (Musavat.com)