Ermənistanda həbs olunmuş erməni generalı, deputat Manvel Qriqoryanın oğlu Karen Qriqoryan şəhər meri postundan istefa verdiyini bəyan edib.
Strateq.az bildirir ki, bu barədə Karen Qriqoryan Facebook səhifəsində yazıb: “Mən, Karen Qriqoryan öz istəyimlə vəzifəmdən istefa verirəm”. K.Qriqoryan Vaqarşapat şəhərinin meri vəzifəsini tuturdu. Onun atası, general Manvel Qriqoryan dünən xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Deputat qeyri-qanuni silah saxlamaqda ittiham olunur.