XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 İyun 2018 - 17:00

BMT ABŞ-dan tələb etdi:“Miqrantlardan məcburi alınan 2 min uşaq təcili geri qaytarılmalıdır”

 

 

BMT ABŞ-ın son 6 həftə ərzində sərhəddən keçən meksikalı miqrantların uşaqlarının onlardan məcburi alınması məsələsinə münasibət bildirib. Beynəlxalq təşkilat Birləşmiş Ştatlardan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, BMT Cenevrədə iyulun 6-dək davam edəcək iclasında bu məsələni müzakirəyə çıxaracaq.

BMT-nin İnsan Haqları üzrə Baş Komissarı Zeyd Raad Əl Hüseyn iclasdakı çıxışı zamanı bildirib ki, uşaqlara qarşı tətbiq olunan bu hal yolverilməzdir. ABŞ tərəfindən ailələrindən məcburi alınan 2 min uşaq təcili olaraq valideynlərinə qaytarılmalıdır.

Qeyd edək ki, Donald Trampın yeni qərarına görə, ABŞ-a qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqları onlardan məcburi alınaraq Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin sığınacaqlarına verilir.