XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 İyun 2018 - 21:35

Tramp:“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”

 

“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın prezidenti Donald Tramp bəyan edib.

“Avropada və digər yerlərdə baş verənlərə baxın. Buna yol verilməyəcək, mənim rəhbərliyim altında bu baş verməyəcək”, deyə D.Tramp qeyd edib.

D.Tramp həmçinin Pentaqona hərbi-kosmik qüvvələri formalaşdırmağı tapşırıb. “Biz kosmosda üstünlüyə malik olmalıyıq”, deyə D.Tramp vurğulayıb.