XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

18 İyun 2018 - 22:05

Rusiyada pensiya yaşının qaldırılması əleyhinə xalq etirazı başlanıb –3 günə petisiyanı 1 milyondan çox şəxs imzalayıb

 

Rusiyada təqaüd yaşının qaldırılması əleyhinə petisiya 3 günə 1 milyondan çox imza toplayıb.

Prezidentə, Baş nazirə və Federal Məclisə ünvanlanan bu sənəd Change.org vebsaytında dərc olunub. “Təqaüd yaşının qaldırılması Rusiya vətəndaşlarının böyük bir hissəsinin təqaüd yaşına çatmayacaqlarına gətirib çıxaracaq”, – müraciətdə deyilir.

Ötən həftə Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib ki, qadınlar təqaüdə indiki 55 yaş əvəzinə 63 yaşında, kişilər isə indiki 60 yaş əvəzinə 65 yaşında çıxacaqlar.

Təqaüd yaşının 2019-cu ildən başlayaraq tədricən artırılması nəzərdə tutulub. Qadınlar üçün yeni təqaüd yaşına keçid dövrü 2034-cü ilədək, kişilər üçün isə 2028-ci ilədək uzanacaq. Təqaüd islahat layihəsi hökümət tərəfindən bəyənilib.

İslahat layihəsilə bağlı izahatnamədə təqaüd yaşının qaldırılmasının əsas səbəbi kimi əhalinin yaşlaşması və pensiya sistemindəki qeyri-balansın getdikcə dərinləşməsi göstərilib. Hökümətin bildirdiyinə görə, pensiya islahatı təqaüdləri artırmağa imkan verəcək. (BBC)