XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 İyun 2018 - 16:48

Fransa prezidenti gəncə qəzəbləndi:"Axmaq kimi hərəkət edə bilərsən, amma..." - VİDEO

Fransa Prezidenti Emanuel Makron Almaniya işğalına qarşı müqavimət hərəkatının 78-ci ildönümü ilə bağlı keçirilən tədbirdə gənclərdən birinə acıqlanıb.

Tədbirdə Emanuel Makron ona “Necəsən, Manu?” deyən gənci məzəmmət edib:

“Mənə “prezident” və ya “müsyö” deyə müraciət etməlisən. Axmaq kimi hərəkət edə bilərsən, amma sən hazırda rəsmi tədbirdəsən, belə davrana bilməzsən. Bu gün partizanların mahnısını oxuyuruq. İşlərini doğru şəkildə yerinə yetirməlisən. Bir gün inqilab etmək istəsən belə diplom alıb, çörəyi əlinə almağı öyrənməlisən. Bundan sonra digərlərinə nəsihət verə bilərsən”.

Axar.az