XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 13:39

Küveyt İran agentlərini edam etdi – “Röyter” agentliyi

1452589137Küveytdə İran və Hizbullahın agenti sayılan iki nəfər edam edilib.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb(Axar.az).

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə alimi Nimr ən-Nimri edam edib. Bu, İranın kəskin etirazına səbəb olub. Bunun qarşılığı olaraq İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücuma keçiblər. Ər-Riyad isə məhz buna görə İranla bütün diplomatik əlaqələri kəsib.

Səudiyyə Ərəbistanı ilə yanaşı, Bəhreyn, Sudan, Cibuti və Küveyt İranla diplomatik əlaqələrinə son verib.