XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 İyun 2018 - 17:32

Baş nazirin həyat yoldaşına ittiham irəli sürülüb- İsrail Baş Prokurorluğunda

İsrailin Baş Prokurorluğu ölkənin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı ittiham irəli sürüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, baş nazirin iqamətgahının işlərini idarə edərkən sui-istifadə hallarına yol verməkdə, dövlət vəsaitini əsassız olaraq xərcləməkdə təqsirləndirilir.

Məlumata görə, S.Netanyahu ictimaiyyətin etibarından sui-istifadədə və qanunsuz yolla qazanc əldə etməkdə təqsirli bilinir.

İttiham aktında qeyd edilib ki, iqamətgahda həmişə aşbazlar işlədiyi halda, S.Netanyahu Qüdsün bahalı restoranlarından yeməklər sifariş verib. O, bu məqsədlə dövlət büdcəsindən 350 min şekkel (təxminən, 97 min dollar) xərcləyib.

Baş nazirin həyat yolaşı başqa qanun pozuntularına görə ittiham olunsa da, onların heç birini Baş Prokurorluq elan etməyib.

Eyni zamanda İsrailin hökuməti başçısının Aparat direktorunun keçmiş müavini Ezre Saydofa qarşı da ittiham irəli sürülüb. O,dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.