XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

22 İyun 2018 - 17:27

Rusiya hökuməti Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

 

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

Bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib. Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb. Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.