XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

22 İyun 2018 - 20:37

Seçkidə terror planı hazırlayan İŞİD-çilər həbs edilib –Türkiyədə

Türkiyədə həftə sonu keçiriləcək seçkilər zamanı hücum hazırlanmaqda şübhəli bilinən 14 İŞİD üzvü həbs edilib.

Bu barədə Anadolu xəbər agentliyi bildirib. Agentliyin dediyinə görə, 14 xarici vətəndaş cümə günü səhər saatlatında Türkiyə paytaxtı Ankarada qrup üzvlərinin yaşadığı mənzillərə reydlər zamanı saxlanılıb.

Reyd zamanı müsadirə edilən əşyalar haqqında məlumat verilməyib. Bazar günü Türkiyə vətəndaşları prezident və parlament seçkilərində səs verəcəklər. İŞİD  son illərdə Türkiyədə bir neçə hücum həyata keçirib. Həmin hücumlara 2017-ci il yeni il gecəsi İstanbulun gecə klublarının birində 39 nəfərin qətliamı da daxildir.