XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2018 - 20:53

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

 

 ABŞ prezidenti Donald Tramp  Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini daha 1 il uzadıb.

 APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata görə, ABŞ-ın 2008-2016-cı illərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq. Şimali Koreyanın təhlükəli fəaliyyətləri arasında radioaktiv materialların yayılması riski, Koreya yarımadasında vəziyyətin gərginləşdirilməsi və hökumətin apardığı siyasət var.