XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

23 İyun 2018 - 10:58

ABŞ Cənubi Koreya ilə hərbi təlim proqramlarını dayandırıb- Pentaqon

ABŞ Cənubi Koreya ilə yaxın üç aya planlaşdırılan iki hərbi təlim proqramını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.

“Sinqapurda əldə olunan yüksək səviyyəli razılaşmaların icrasına dəstək məqsədi ilə və müttəfiqimiz – Koreya Respublikasıkoordinasiya çərçivəsində müdafiə naziri Ceyms Mettis müəyyən olunmayan müddətə bəzi təlimləri dayandırıb”, – deyə Pentaqonun mətbuat katibi Dana Uaytın bəyanatında bildirilir.

Qeyd edək ki, söhbət yaxın üç aya planlaşdırılan “Azadlıq müdafiəçiləri” və hərbi-dəniz mübadiləsi proqramları haqqında gedir.