XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2018 - 18:14

Narkotik vasitələrin ticarəti ilə məşğul olan 10 nəfər edam edilib- Çində

Çinin cənubunda yerləşən Quandun əyalətinin Şanvey şəhər məhkəməsi ötən bazar günü narkotik vasitələrlə bağlı cinayətlərdə ittiham olunan şəxsləri edam cəzasına məhkum edib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, onlar narkotik vasitələrin istehsalında, ticarətində və daşınmasında təqsirkar biliniblər. Məhkəmənin bəyanatına əsasən, hökm elə həmin gün də icra olunub.

“Məhkəmə bitdikdən sonra müttəhimlər ölüm hökmünün icrası üçün konvoy altında edam yerinə aparılıb”, – məhkəmənin məlumatında belə deyilir.

Qeyd edək ki, Çində cinayət məcəlləsinin onlarla maddəsində ölüm hökmü nəzərdə tutulur. Çox vaxt bu ağır cəzaya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar məruz qalır.