XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

23 İyun 2018 - 20:04

Zimbabve prezidentinə sui-qəsd edilib

Şənbə günü naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı xəsarət almayıb. “Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, – deyə prezidentin mətbuat katibi bildirib.

Prezident dəftərxanasının nümayəndəsi Corc Çarambanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.

Hadisə ilə bağlı təhqiqata başlanılıb. Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.