Efiopiyanın paytaxtı Əddis-Əbəbədə hökumətin təşkil etdiyi çoxminli mitinq zamanı partlayış baş verib.
Trend-in məlumatına görə, yeni seçilmiş Baş nazir Abiya Əhməd partlayışdan diksinərək bir müddət özünə gələ bilməyib.
Mühafizəçilərin köməyilə o, Meskel meydanından uzaqlaşdırılıb.
Hadisə nəticəsində 80 nəfərin xəsarət aldığı deyilir.