XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 14:35

Rusiyaya dünya çempionatı şoku – Ev sahibliyindən məhrum oluna bilər

salmanFİFA prezidentliyinə seçkilər yaxınlaşdıqca namizədlər arasında rəqabət də artmaqdadır.

“İnside the games” saytı xəbər verir ki, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Həlifə sensasiyalı bəyanatla çıxış edib. Salman bin İbrahim Əl-Həlifə bildirib ki, beynəlxalq futbol qurumuna rəhbər seçilərsə, 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının iştirak ərizələrini yenidən nəzərdən keçirəcək.

Bu açıqlama isə ondan xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan dünya çempionatının baş tutması artıq indidən sual altındadır.

Ekspertlər və dünya bukmeykerlərinin proqnozuna görə, şeyx Əl-Həlifə fevralın 26-da keçiriləcək FİFA prezidentliyinə seçkilərdə favorit və başlıca namizəd hesab edilir(azərtac).