XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 23:20

Merkel Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib

 Almaniyanın kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.

“Hörmətli cənab Prezident, yenidən prezident postuna seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm”, məktubda deyilir. A.Merkel qeyd edib ki, iki ölkə arasında uzunmüddətli dostluq mövcuddur və Almaniya sabit Türkiyənin tərəfdaşı olmaqda maraqlıdır.