XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

26 İyun 2018 - 15:04

Britaniya hökuməti Skipralın evini satın alır –Rusiya kəşfiyyatının zəhərlədiyi mənzillər yararsız vəziyyətdədir

Britaniya hakimiyyəti keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripal və kimyəvi maaddədən zəhərlənmiş polis Nic Beilinin Solsberidəki evlərini satin alır. Bu barədə “The Times” nəşri yazır.

Məlumatda deyilir ki, tətbiq edilmiş zəhərləyici maddə bu evləri yaşamaq üçün yarasız hala salıb. Bu evlərin dəyəri ümumilikdə 1 milyon funtdur. Maliyyə əməliyyatı bitdikdən sonra pullar sahiblərin hesabına köçürüləcək.

Bundan əvvəl verilən məlumata görə, bu insidentlə bağlı aparılan istintaqa 7,5 milyon funt xərclənib. Sergey Skripal və qızı Yulya martin əvvəllərində Solsberi şəhərində zəhərləniblər. London bəyan edib ki, bunun arxasında Rusiya durur. Moskva ittihamı rədd edir.

SergeiySkripal zəhərlənəndə, hadisə yerinə gələn polis işçisinə də zərər dəyib, amma ciddi müalicədən sonra özünə gələ bilib. Uzun müalicədən sonra Skripal və qızı Yuliya da artıq özlərinə gəliblər və səhətləri normaldır. Həkimlər onların sağ qalacaqlarına inanmırmış.

Həmin maddənin keçmiş SSSR-I dövründə istifadə edilən hərbi “Noviçok” zəhəri olduğu bildirilir. Məlumata görə həmin zəhər, insidetdən təxminən bir sutka əvvəl Skripalın evinin dəstəyinə hopuzdurulubmuş. Skripalın evində hələ də istintaq davam etdirilir.

Bu insidentdən sonra Britaniya ilə Rusiya arasında münasibətlər kəskin pisləşib, tərəflər qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər. Həmçinin bir sıra Qərb dövlətləri yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.

(Azadlıq radiosu)