XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 İyun 2018 - 16:37

Makedoniya prezidenti ölkənin yeni adı ilə bağlı sazişi imzalamadı:"Təhlükəlidir, qəbul etmirəm"

Makedoniya prezidenti Gyorge İvanov ölkənin adının dəyişdirilməsinə dair sazişi imzalamaqdan imtina edib.

Bu barədə yerli “Kathimerini” nəşri yazıb.

G.İvanovun fikrincə, saziş ölkə konstitusiyasına, eləcə də BMTTəhlükəsizlik Şurasının qətnaməsinə ziddir.

“Makedoniyalıların milli identikliyini, Makedoniya xalqının və onun dilinin xüsusiyyətlərini təhlükə altına sala biləcək ideya və təklifləri qəbul etmirəm”, – G.İvanov bildirib.

Xatırladaq ki, daha əvvəl Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsi üzrə Yunanıstanla imzalanmış sazişin ratifikasiyası prosesini başa çatdırıb.

Saziş Afina və Skopye arasında uzun illərdir davam edən mübahisəni bitirməyə imkan verir. Belə ki, Yunanıstan tərəfi Makedoniya Respublikasının adının Yunanıstanın Makedoniya vilayətinin adı ilə oxşar olduğunu əsas gətirərək bu addan razı deyildilər.

Bu məsələnin həlli Makedoniyanın gələcəyi üçün prinsipial əhəmiyyət kəsb edir. Çünki sazişin qüvvəyə minməsindən sonra Yunanıstan tərəfinin Makedoniyanın Avropa İttifaqına və NATO kimi birliklərə qoşulma prosesinə maneə törətməyəcəyi gözlənilir/Report.