XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 İyun 2018 - 18:41

Putindən yeni qərar –FTX-nin müəmmalı generalını Qafqaza göndərdi

Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Matovnikovu özünün Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edib.

Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Matovnikov bu vəzifədə vitse-admitral Oleq Belaventsevi əvəz edib.

Qeyd edək ki, Matovnikov Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin rəhbəridir. Matovnikov ictimaiyyət qarşısına ilk dəfə 2017-ci ildə çıxıb. Müdafiə Nazirliyinə gətirilməzdən öncə isə general-mayor Federal Təhlükəsizlik Xidmətin “A” xüsusi təyinatlı mərkəzində çalışıb.

O, hər iki çeçen müharibəsində iştirak edib/Axar.az.