Ermənistanın sabiq baş naziri Karen Karapetyan Respublikaçılar Partiyası sədrinin birinci müavini postundan istefa verib.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Onun partiya sıralarını da tərk edəcəyi istisna edilmir.
Qeyd edək ki, Karen Karapetyan baş nazir təyin edildikdən 2 ay sonra – 2016-cı ilin 24 noyabrında o zamankı hakim Respublikaçılar Partiyasına üzv olmaq üçün müraciət etmişdi/Axar.az.