XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 İyun 2018 - 00:44

Trampın 5 ölkə vətəndaşlarına qadağası təsdiqləndi –ABŞ-a daxil ola bilməyəcəklər

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın 5 müsəlman ölkə (İran, Liviya, Suriya, Somali, Yəmən) vətəndaşlarının ölkəyə girişini qadağan edən qanun layihəsini təsdiqləyib.

Məhkəmə qərarın təsdiqlənməsini sözügedən ölkələrdən gələn şəxslərin immiqrantlarla bağlı qanuna əməl etməmələri ilə əsaslandırıb.

Tramp qərarın təsdiqlənməsi barədə xəbəri sosial şəbəkə hesabından paylaşıb.

Qeyd edək ki, ötən ildən müzakirəyə çıxarılan qanun layihəsində Sudan da daxil olmaqla, 6 müsəlman ölkəsi vətəndaşlarına səyahət qadağası tətbiq edilməsi nəzərdə tutulurdu/Axar.az.