XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 İyun 2018 - 12:21

Üç nazirlik ləğv edildi- Gürcüstan hökumətində

Gürcüstan hökumətində üç nazirlik ləğv edilib.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bu gün keçirilən iclasında Baş nazir Mamuka Baxtadze məlumat verib. Onun təqdim etdiyi yeni struktur dəyişikliklərinə əsasən, Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi bu ölkənin Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi isə Ədliyyə Nazirliyinə birləşdirilir. Eyni zamanda, Qaçqınların İşi və Yerləşdirilməsi Nazirliyi ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək. Bundan başqa, Dini Məsələlər üzrə Dövlət Agentliyi ləğv edilərək, Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək.

Hökumətin yeni strukturu təsdiqlənmək üçün yaxın günlərdə parlamentə təqdim olunacaq.