XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2018 - 13:06

Malayziyanın sabiq baş nazirinin əmlakı müsadirə olundu- 277 milyon dollar dəyərində

Malayziyanın sabiq baş naziri Nacib Razakdan müsadirə edilən zinət əşyalarının və əmlakın dəyəri 910 milyon rinqitdən (226 milyon dollar) 1,1 milyard rinqitədək (277 milyon dollar) həcmdə qiymətləndirilib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, siyasətçidən ümumilikdə qızılla dolu 25 çanta, təxminən 12 min ədəd zinət əşyası, 567 çanta “Hermes” (məşhur fransız modalar evinin bahalı aksesuarları), 423 ədəd qol saatı, 234 ədəd gün eynəyi və 26 valyutada nağd pul müsadirə olunub. Bunun ölkə tarixində müsadirə edilən ən iri əmlak olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, yaxın zamanlarda sabiq baş nazir və onun həyat yoldaşının ifadələri alınacaq.

Xatırladaq ki, mayın 9-da Malayziyada keçirilən parlament seçkilərində müxalifətin gözlənilməz qələbəsi Mahathir Məhəmmədin baş nazir seçilməsi ilə nəticələnib. 92 yaşlı siyasətçi son bir neçə ildə Nacibin əsas tənqidçisi olub və onu korrupsiyada ittiham edib. Seçkilərdə qələbə ona keçmiş nazirlər kabinetinin və şəxsən sabiq baş nazirin fəaliyyəti ilə bağlı təhqiqat aparmağa imkan yaradıb. Hazırda Nacib Razak investisiya fondunda mənimsəmə işinə dair istintaqa şahid qismində cəlb olunsa da, onun ölkədən çıxmasına qadağa qoyulub.