XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 14:28

Vaşinqton Türkiyəyə “F-35” qırıcılarının verilməsi şərtini açıqladı –Ankara Rusiyadan "S-400" raketləri almaq planından imtina etməlidir

“Əgər Ankara, Rusiyadan “S-400” zenit raket kompleksləri almaq planından daşınmasa, bu ölkəyə yeni nəsl “F-35″ qırıcı təyyarələrinin verilməsi sual altında qalacaq”.

Bunu ABŞ senatında keçirilən diləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves  Mitçhell deyib. O, həmçinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini xatırladıb.

Qeyd edək ki, son vaxtlar ABŞ-ın Suriya siyasəti və Türkiyədə onlarla ABŞ vətəndaşlarının həbsinə görə Vaşinqtonla Ankara arasındakı münasibətlər gərginləşib. Ankara həbs edilən ABŞ vətəndaşlarını terrorçularla bağlılıqda ittiham edir.

Amma Mitçell qeyd edib ki, Türkiyə “İslam dövləti” qrupu da daxil olmaqla terrorçu qruplarla mübarizədə ABŞ-ın NATO-da əsas müttəfiqidir. ABŞ prezidenti Donald Tramp iyunun 26-də Rəcəp Tayyip Ərdogana telefon açaraq onu prezident sçilməsi münasibəti ilə təbrik edib. Ərdoganın ofisindən verilən məlumata görə, hər iki lider müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli münasibətləri yaxşılaşdırmaq qərarına gəliblər.

Türkiyə ABŞ-dan 100-dək “F-35” qırıcısı almağı planlaşdırır, habelə “Patriot” raketlərinin alınması üçün Vaşinqtonla danışıqlar aparıb. Türkiyənin Rusiyadan “S-400” raket sistemlərini almaq qərarı onun NATO müttəfiqləri arasında narahatlıq yaradıb.

(Azadlıq radiosu)