XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 15:10

Tramp Putinlə görüş yerini açıqladı:“Helsinkidə görüşəcəyik”

 

ABŞ prezidenti Donald Tramp deyib ki, onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü, ola bilsin, Helsinkidə baş tutsun.

Bu barədə iyunun 27-də “Reuters” agentliyi məlumat yatyıb.

Prezident qeyd edib ki, görüş iyulun 11-12-də NATO-nun Brüssel sammitindən sonra baş tutacaq.

Donald Trampın sözlərinə görə, görüşdə Suriya müharibəsi və Ukraynanın şərqindəki hərbi münaqişə müzakirə ediləcək.

Görüşün Finlandiyanın paytaxtı Helsinkidə geçiriləcəyi barədə digər kütləvi informasiya vasitələri də məlumat yayıblar. Bu gün – iyunun 28-də rəsmi şəkildə görüşün yeri və vaxtı elan edilməlidir.

Donald Trampla Vladimir Putin iki dəfə beynəlxalq sammit çərçivəsində görüşüblər, azı 8 dəfə isə aralarında telefon söhbəti olub. Sonuncu görüş ötən ilin noyabrında Vyetnamda keçirilən Asiya Sakit Okean sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki hərbi münaqişədən sonra iki ölkə arasındakı münasibətlər pisləşib. ABŞ və Qərb ölkələri Rusiyanı Krımın ilhaqı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırırlar.

Moskva ittihamları rədd edir. Bu münaqişələrə görə Qərb Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

azadliq.org