XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2018 - 21:57

Türkiyədə terrorçular AKP fəalını qətlə yetirdi –Doğubəyazit şəhərində qanlı olay

Türkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan ictimai fəal Mövlut Bengi qətlə yetiriblər.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.

Jandarm komandanlığı onun üzərində kağız parçası aşkarlayıb. Həmin kağızda “dövlətin xeyrinə casusluğa görə öldürülüb” yazısı qeyd olunub. Hüquq mühafizə orqanları həmin şəxsin PKK üzvləri tərəfindən öldürülüdüyünü hesab edir. (virtualaz.org)