XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 12:35

Müxalifət liderinin qardaşı azadlığa çıxdı –Oleq Navalnı fırıldaqçılığa görə üç il yarım cəza çəkib

 

Rusiyalı müxsalifətçi Aleksey Navalnının qardaşı Oleq Navalnı iyunun 29-da azadlığa çıxıb. O, Fransanın parfum şirkəti olan “İv Roşe” işinə görə 3 il yarım azadlıqdan məhrum edilmişdi. Həbsxanadan çıxarkən onu həyat yoldaşı Viktoriya, Aleksey Navalnı və qardaşların yaratdıqları korrupsiya ilə mübarizə fondunun əməkdaşları qarşılayıblar.

Aleksey Navalnı bu ərəfədə özünün “İnstaqram” səhifəsində yazıb ki, Avropa İnsan Haqları Məhkəməsi Oleq Navalnıya qarşı çıxarlımış hökmü qanunsuz , ümumilikdə işi isə qondarma sayıb.

Oleq Navalnı 2014-cü ilin dekabrında 3 il yarım həbsə məhkum edilib. O, həmin vaxt “İv Roşe” şirkəti ilə bağladığı müqavilələrdə fırıldaq işlətməkdə təqsirli bilinib. Qardaşı, müxalifət fəalı Aleksey Navalnı isə həmin işlə bağlı 3 il yarım şərti cəza alıb.

Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ilin oktyabrında qardaşlara kəsilmiş hökmün qanunsuz olması barədə qərar çıxarsa da Rusiyanın ali məhkəməsi apreldə hökmü qüvvədə saxlayıb.

Qardaşlar ittihamları rədd edirlər. Müxalifət fəalı Aleksey Navalnı prezident Vladimir Putin və onun yaxın ətrafının sərt tənqidçisi kimi tanınır.

(Azadlıq radiosu)