XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 15:11

Avropa liderləri miqrantlarla bağlı razılığa gəldi –12 saatlıq gərgin danışıqlardan sonra

 

Avropa Birliyi liderləri miqrant siyasəti məsələsində çətin razılıq əldə ediblər.

Bu barədə “Assosiated-Press” və DPA agentlikləri məlumat yayıb. Razılaşma iyunun 29-da, Brüsseldə aparılan 12 saatlıq gərgin danışıqlardan sonra əldə olunub. Almaniya kansleri Angela Merkel miqrasiya məsələsinin Birliyin daxilində ən çətin, vacib problem olduğunu vurğulayıb. Razılaşmaya əsasən hər bir Avropa ölkəsi qaçqınları ayırd etmək üçün öz ərazilərində xüsusi “nəzarət mərkəzləri” yaratmalıdırlar.

Qaçqınlar isə Avropa Birliyi ölkələrində əvvəlki kimi kvota ilə yox, könüllülük prinsipi ilə bölünəcək. Avropa Birliyi həmçinin birliyin xaricində, ola bilsin ki, Şimali Afrika və Balkanlar da da bu cür mərkəzlər yaradılmasına çalışacaq  Bu, Cüzeppe Contenin başçılıq etdiyi Yeni İtaliya hökuməti üçün qələbə deməkdir.

Qeyd edək ki, yeni İtaliya hökuməti bu yaxınlarda öz limanlarını dənizdə xilas edilən qaçqın gəmilərinin üzünə balayıb. Bu məsələ Birliyin əsas üzvlərindən olan Fransanın ciddi narazılığıan səbəb olmuşdu.

Şimali Afrika və Yaxın Şərq ölkələrindəki hərbi münaqişələrə görə bir neçə ildir ki, Avropaya qaçqın axını gəlir. Təkcə Almaniya 1 milyondan çox qaçqın qəbul edib.

(Azadlıq radiosu)