XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

29 İyun 2018 - 21:46

Kanada ABŞ-dan idxal olunan mallara rüsum tətbiq edəcək

Kanada iyulun 1-dən ABŞ-dan polad, alüminium, habelə idxal olunan digər mallara 16,6 milyard Kanada dolları (12,6 milyard ABŞ dolları – red) məbləğində rüsum tətbiq edəcək.

“Report”un məlumatına görə, bu barədə Kanada hökumətinin saytında, ölkənin Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, yeni ticarət tədbirləri birbaşa və mütənasib olaraq, ABŞ-ın alüminiuma və idxal olunan digər mallara rüsum tətbiq etməsinə cavabdır. Cavab rüsumlarının tətbiqi barədə ölkənin xarici işlər naziri Xristya Friland yerli telekanalların efirində elan edib.

Diplomat bildirib ki, bu tədbirlər ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanadadan polad və alüminiumun idxalına rüsumları ləğv edəcəyi günə qədər davam edəcək.