XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 22:32

Gürcü məmurlara qara rəngli “cip”lərdə oturmaq qadağan edilir –Xidməti avtomobillərlə  bağlı yeni qərar

  

Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin növbəti iclasında məmurların xidməti avtomobilləri (“Qara ciplər”), eləcə də avtoparklarla bağlı yeni təşəbbüslə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Mamuka Baxtadze iyunun 29-da keçirdiyi brifinqdə söyləyib.

Baş nazir deyib: “Bəzi nazirliklərdə, eləcə də cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Ona görə də bizim həm dövlət məmurlarının “qara cipləri” və avtomobil parkları, həm də vəzifəli şəxslərin fərdi avtomobilləri ilə bağlı yeni təşəbbüsümüz olacaq”.

Xatırladaq ki, sabiq baş nazir Georgi Kvirikaşvili də bir müddət əvvəl nazirlərin və digər hökumət üzvlərinin qara rəngli xidməti avtomobillərdən – “qara ciplər”dən istifadə etmələrinə qadağa qoyulması təklifi ilə çıxış etmişdi.

Yeni Baş nazir həmin təşəbbüsün qüvvədə qaldığını vurğulayıb.