XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyun 2018 - 00:47

Serj Sərkisyanın qardaşına qarşı cinayət işi açılıb –Evindən 6 milyon bank depoziti çıxdı

 Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sərkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sarkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib”, məlumatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, L.Sarkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği göstərməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.