XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 13:09

Poroşenko: “ABŞ-la hərbi əməkdaşlığı genişləndirməliyik“

“ABŞ ordusunun Ukraynada iştirakı onun ölkəsinin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək olmasından xəbər verir”.

Bunu amerikalı mayor Maykl Veysman aprelin 20-də Ukrayna prezidenti Petro Poroşenko ilə Lvov ətrafında keçirdiyi birgə brifinqdə deyib. O qeyd edib ki, ABŞ ordusunun Ukraynada iştirakı lazımdır və bu, Ukrayna hökumətinin istəyi, sorğusu ilə edilib.

Poroşenko isə bildirib ki, Ukrayna ordusu xarici təhlükələrin qarşısını almaq üçün yenidən qurulmalıdır:
“Buna görə də, biz, ABŞ-la hərbi əməkdaşllğı bütün mümkün vasitələrlə genişləndirməliyik”.
ABŞ və Ukrayna qüvvələri Ukraynanın qərbində birgə hərbi təlim, məşqlərə başlayıblar. Məqsəd Ukraynanın şərqində rusiyapərəst separatçılarla mübarizə aparan Ukrayna ordusunu gücləndirmək, təkmilləşdirməkdir: “ABŞ ordusu Ukrayna hərbçilərinə təlim keçmək üçün ötən həftə Ukraynanın qərbinə 300 desant göndərib. Hərbi təlimlər hazırda döyüş zonası olan Donetsk və Luqansk vilayətlərinin min kilometrliyində keçirilir”(Azadlıq radiosu).