XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 İyun 2018 - 10:52

Tramp Putinlə görüşdə seçkiyə müdaxilə məsələsini qaldıracaq –Rusiya prezidenti təkzib bəyanatı vermyə hazırlaşır

Kreml bəyan edib ki, Donald Tramp qarşıdan gələn görüş zamanı Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi məsələsini qaldırarsa, Rusiya prezidenti Vladimir Putin bir daha təkzib bəyanatı verməyə hazırdır.

İyunun 28-də Ağ Ev və Kreml eyni vaxtda Putin-Trump görüşünün iyulun 16-da Helsinkidə olacağını elan ediblər. Bu da bəyan edilib ki, onlar qarşılıqlı münasibətlərə aid məsələlərin geniş müzakirəsini aparacaqlar. Bu arada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, əgər ABŞ prezidenti Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsi məsələsini qaldırsa, onda Putin də bunu inkar edən bəyanatını bir daha səsləndirəcək.

ABŞ-ın kəşfiyyat orqanları bu qənaətdədirlər ki, Moskva 2016-cı ilin seçkisinə müdaxilə edib və bu müdaxilənin komandası birbaşa Putindən gəlib. Tramp öz seçki kampaniyasının Rusiya ilə sövdələşməyə girdiyinə dair iddiaları israrla rədd edir. İyunun 28-də ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, o Trampın Helsinki görüşü zamanı Rusiyanın seçkiyə müdaxiləsi məsələsini qaldıracağından əmindir.

Buna baxmayaraq elə həmin gün Tramp Rusiyaya qarşı ritorikanı yumşaldıb və xatırladıb ki, Moskva ABŞ seçkisinə müdaxilə etmədiyini təkrar-təkrar bəyan edir.

(Azadlıq radiosu)